Текстов песен в базе: 1 278 222
Qalib Sərkərdə

Qalib Sərkərdə

Ramil Qasımov

Текст песни

Şuşa dağlarından çəkildi duman
Bayrağa bürünüb hər tərəf, hər yan
Zəfərlə çıxdın sən haqq savaşından
Qalib sərkərdəsi Azərbaycanın!
Odlar diyarının məğrur oğlusan
Vətənə bağlısan, elə bağlısan
Gəncə, Naxçıvanlı, Qarabağlısan
Qalib sərkərdəsi Azərbaycanın!
Düşməni sındırdın cəsarətinlə
Əsgərə sevginlə, məhəbbətinlə
Yeni tarix yazdın məharətinlə
Qalib sərkərdəsi Azərbaycanın!
Son qoydun illərin həsrətinə sən
Köçkün el-obanın möhnətinə sən
Xalqın xilaskarı, ümidi sənsən
Qalib sərkərdəsi Azərbaycanın!
Yumruqtək birləşdi, həmrəydir bu xalq
Ordum bada getməz, sərkərdə oyaq
Heç vaxt enməyəcək ucalan bayraq
Qalib sərkərdəsi Azərbaycanın!
Sən ulu öndərin yadigarısan
Millətin şöhrəti, şərəf-şanısan
Vətənimin milli qəhrəmanısan
Qalib sərkərdəsi Azərbaycanın!
Andın qeyrət andı, kişilik andı
Polad iradənə dünya heyrandır
Əmr elə, vətənə canım qurbandır
Qalib sərkərdəsi Azərbaycanın!
Şuşa dağlarından çəkildi duman
Bayrağa bürünüb hər tərəf, hər yan
Zəfərlə çıxdın sən haqq savaşından
Qalib sərkərdəsi Azərbaycanın!
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/W4W

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.