Yadıma Sən Düşürsən
Ramil Qasımov
Текст песни
Hər çiçəyin öz ətri, hər gülün öz rəngi var
Hər qəlbin öz istəyi, öz sözü, ahəngi var
Hər insan öz ömrünə dost seçir, həmdəm seçir
Mənimsə ürəyimdən qəmli bir nisgil keçir
Yadıma sən düşürsən…
Göydə bulud dolaşır, axşam düşür, yel əsir
Heç bilmirəm nə üçün könlüm tələsir
Qulaqlarım səsdədir, gözüm yenə yoldadır
Gələn hər addım səsi məni aldadır
Qəlbimdəki intizar, qəlbimdəki intizar
Nədir, düşünürəm mən, nədir, düşünürəm mən
Yadıma sən düşürsən…
Təklik üz verir mənə, çıxıram otağımdan
Sevgililər küçədə deyib-gülür mehriban
Onları belə xoşbəxt, belə məsud görəndə
Duyğular ürəyimdə, çırpınır bu sinəmdə
Yadıma sən düşürsən…
Yadıma sən düşürsən…
Тексты других песен исполнителя
© 2017–2025
Тексты
песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать
и тому подобное.