Baxıram şəhərimə
Boğulub qəhərimə
Gəzirəm şəhəri mən
Gəzirəm bir təhəri
Baxıram şəhərimə
Boğulub qəhərimə
Gəzirəm şəhəri mən
Gəzirəm bir təhəri
Bu gün də içmişəm
Dayandım 10-cu bakalda
Hər kəs gedibdir deyəsən
Qaçırtdım sonuncu qatarı da
Necə ki, qaçırdıram
İllərdir həyatın hər anını
Hər kəs yatıb, bir tək mən oyaq
Gəzirəm şəhərin hər yanını
Ürəyim istəyir qışqırım
Səssizliyi pozub əl çalım
Binalar bu qədər yüksəlib, amma
İnsanın vicdanı alçalıb
Beynimi fikirlər yorur
Spirtin təsirində
Ayağım güclə gedir
Soyuqdur, əsirəm mən
Baxıram şəhərimə
Boğulub qəhərimə
Gəzirəm şəhəri mən
Gəzirəm bir təhəri
Baxıram şəhərimə
Boğulub qəhərimə
Gəzirəm şəhəri mən
Gəzirəm bir təhəri
Ayaqlarım tutulub
Yanımda heç kim yox
Yanımda kim var idi ki?
Yadımda heç kim yox
Yaxında bir yaxın varmı (hə?)
Uzağa aparsın, uzanım
Saat 4-ü keçməyib
Elə bil saatın zamanı uzanıb
Gözümün görmədiyi yerdəyəm
Dözümün qurtardığı yerdə
Sözümün qurtardığı yerdəyəm
Səsimin çıxmadığı yerdə
Burda xəyallar donub
Keçmiş gəlir üstümə
Və mən uzanmaq istəyirəm
Soyuq bir daşın üstünə
Baxıram şəhərimə
Boğulub qəhərimə
Gəzirəm şəhəri mən
Gəzirəm bir təhəri
Baxıram şəhərimə
Boğulub qəhərimə
Gəzirəm şəhəri mən
Gəzirəm bir təhəri