Onsuz aparmısan illərimi, həyat
Mənim üstümə gəlmə, mənim üstümə gəlmə
Mənim üstümə gəlmə
Onsuz aparmısan gəncliyimi, həyat
Mənim üstümə gəlmə, mənim üstümə gəlmə
Mənim üstümə gəlmə
Bax balaca Baba böyüdü
Yaşım görür 24-ümü, amma
Sən bildimmi necə böyüdüm
Açıb gözünü heç bunu gördünmü?
Hər gün əziyyət çəkən o uşaq
Əlini kəsər daş, kəsər şüşə
Düşünmək — «göydən düşən 3 almadan
Bəlkə bir gün mənə də düşər»
Gözümü açdığım o məhlələrdə
Tanımışam ilk gündən acı nə deməkdir?
Döyülüb yaşamaq, söyüb və daş atmaq
Hey, bunlar nəyə gərək idi?
Sən bir gün mənlə üzbəüz gəl
Oturub dərdləşib içək
Sənə deyəcək çox sözüm var, həyat
Hamsını yığmışam içə