Текстов песен в базе: 1 278 222
Ikinci Bahar

Ikinci Bahar

İlqar Muradov

Текст песни

Bu dünya arzudan hər zaman kiçik
Taledən bu qədər olmayıb incik
Bilirəm, nə vaxtsa görüşəcəyik səninlə
Yenidən qayıdaq ilk nöqtəyə
Bircə qılaq ülvi sevgiyə
Bütün nemətləri bölək ikiyə səninlə
Qismət belə yazılıbdır, əzəldən
Bu günəcən gözləyirəm səni mən
Bundan sonra biz unudaq qəmi
Gəl, olaq səmimi
Qismət belə yazılıbdır, əzəldən
Bu günəcən gözləyirəm səni mən
Bundan sonra biz unudaq qəmi
Gəl, olaq səmimi
Bir oyun oynadı bizimlə zaman
Səni sevdiyimdən olma nagüman
Sevgidən sonra da yaşayır hicran
Bilirəm
O vaxtlar bəxtimiz düşsə də qışa
O kövrək məhəbbət dəysə də daşa
İkinci baharı yaşayaq qoşa
Sevirəm…
Gülsün dünya çiçək-çikək
Geri dönək həmin günlərə biz
Bir sevdalı oda düşək
Gəl görüşək, var olsun sevgimiz
İlahi sevgiyə çətin göz dəyə
Nə haqqı bizlərə əğyar söz deyə?!
Əriyərəm mən gözləyə-gözləyə
Sevirəm…
Nə yaman ləngidin, ay gözəl mələk?
Səni gözləməkdən darıxır ürək
Vüsala çataq biz, sevinək, gülək səninlə
Səninlə…
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/5qw1

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.