Текстов песен в базе: 1 278 222
Ömrün Səhifələri

Ömrün Səhifələri

Mortiferum Royal Babayev Фридерик Шопен

Текст песни

Təsəvvür edəndə ki, sən olmasaydın…
Necə olardı həyatım? Necə olardı, həyatım?
Sən içkilərlə dolu olan həmin o boz masaydın
Ulduzlara toxunardıq, xəyalları pozmasaydın
Olmasaydın yuxularda, olardın reallıq sən
Gözlərindəki şaxtadan donardım bir anlıq mən
Və birdən soyuğun təsirindən buza dönər saf uşaq
Qayıt gəl! Həyatda olmasa da, arzularda barışaq
Bəlkə sevgim sənin üçün sadəcə qəpik-quruş!?
Taqətdən salır məni saxta, amma qəti duruş
Kəsib-doğrayar parça-parça məni siyah gözlərin
Divardan asılan siluetin yaşamağa tək təsəllim
Aç əllərini yalvar son ümidlərimə denən ki
«Sevirəm! Sevirəm səni, qəlbimə bıçaq sancan qatilim mənim!»
Mənsə haradasa uzaq sahillərdə itmişəm
Soyuq mənzilimdə soyuq cəsədim, sən demə mən getmişəm…
Alma, tale, kədər, ölüm…
Bitmir bu qara ömür…
Hara sürür bu ömrün şoferi, hə?!
Ən əvəzolunmaz xəyallarımın qatilisən
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/5TGj

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.