Текстов песен в базе: 1 278 222
Barışaq

Barışaq

Sevda Yahyayeva

Текст песни

Mənlə barış, beli sınsın həsrətin
Gündən-günə biz göylərə ucalaq
Mənlə barış, beli sınsın həsrətin
Gündən-günə biz göylərə ucalaq
Ömür keçsin, qoy sevgimiz sönməsin
Sevə-sevə ölməzliyə qovuşaq
Sevən qəlbim bilsən necə darıxır
Səhər-axşam gözlərimdən yaş axır
Ümidlərim yollarına hey baxır
Ayrılığın məni yaman çox sıxır
(Məni yaman çox sıxır ayrılığın)
Gəl səninlə sevgimizdən danışaq
O günləri xatırlayıb barışaq
Gəl səninlə sevgimizdən danışaq
O günləri xatırlayıb barışaq
Qucaqlaşıb biz od olub alışaq
Sevə-sevə ölməzliyə qovuşaq
Qucaqlaşıb, biz od olub alışaq
Sevə-sevə ölməzliyə qovuşaq
Bu dünyada səndən başqa kimim
Qəm könlümdə qan ağlayan simim var
Bu dünyada səndən başqa kimim
Qəm könlümdə qan ağlayan simim var
Sənsiz ötən həm ayım var, ilim var
Sənsən deyən bir dilbilməz dilim var
Sevən qəlbim bilsən necə darıxır
(Sevən qəlbim bilsən necə darıxır)
Səhər-axşam gözlərimdən yaş axır
Ümidlərim yollarına hey baxır
Ayrılığın məni, məni yaman çox sıxır
Gəl səninlə sevgimizdən danışaq
O günləri xatırlayıb barışaq
Gəl səninlə sevgimizdən danışaq
O günləri xatırlayıb barışaq
Qucaqlaşıb biz od olub alışaq
Sevə-sevə ölməzliyə qovuşaq
Qucaqlaşıb, biz od olub alışaq
Sevə-sevə ölməzliyə qovuşaq
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/55ZU

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.