Текстов песен в базе: 1 278 222
Melancholia

Melancholia

Zülfiyyə Xanbabayeva

Текст песни

Bir həyatım var mənim, o da borca,
Ölü arzularla tam dolu boxçam.
Danışacam öz əhvalatımı yığcam,
Məncə alınacaq, məncə bacaracam!
Çoxdandır bir nəfərin ömründən itmişəm,
Amma yenə məni axtarır o, eşitmişəm.
Şəkillərin hamısını silmişəm,
Kövrəlməyi, ağlamağı tərgitmişəm.
Bir gün görüşə bilərik, "Bakı" balacadır,
Binaları insanlarından ucadır.
İndi bu şəhərdə sən adi sakin,
Sənə qarşı nə "sevgim" qalıb, nə kin.
Bu mahnını söz verdim ki, sənə yazacam,
Səbr edəcəm sən qulaq asanacan.
Sədaları bir gün onun səni tapacaq,
Səmalara mən həmişəlik uçanacan.
Mənim ilham pərimdir gecə şəhərin sakit olmağı,
Şəxsən onun mənə və mənim ona aid olmağım!
Mən bu şəhərin adını "köhnə dost" qoydum,
Nələri gördüm, duydum, nələrə şahid olmadım...
Hər mühitə dair olmadım,
İçi boş adamların ürəylərinə daxil olmadım.
Mən nail olmadım təsvirlərimdəki "O" sevgiyə,
Bir "Allahdan" çəkindim, bir də "karmadan", Dərinə varmadan!
Ümüdləri gümanıma qatacam,
Doğruları yalanıma satacam,
Bu axına qarşı tək üzəcəm,
Sevənlərin limanına çatacam.
Bir gün görüşə bilərik, "Bakı" balacadır,
Binaları insanlarından ucadır.
İndi bu şəhərdə sən "adi sakin",
Sənə qarşı nə sevgim qalıb, nə kin!
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/4pYt

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.