Текстов песен в базе: 1 278 222
Ola Bilməz

Ola Bilməz

Eldar Mansurov Faiq Ağayev

Текст песни

Yüz çeşmədən su içmişəm
Hər su şərbət ola bilməz
O yerdə ki, dost seçmişəm
O yer qürbət ola bilməz
Yüz çeşmədən su içmişəm
Hər su şərbət ola bilməz
O yerdə ki, dost seçmişəm
O yer qürbət ola bilməz
Ürək istər bir quş ola
Gül ətrində bihuş ola
Ucuz sözə demə kəlam
Hər söz sərvət ola bilməz
Ürək istər bir quş ola
Gül ətrində bihuş ola
Ucuz sözə demə kəlam
Hər söz sərvət ola bilməz
Dəmir kimi döyülməyək
Polad olaq əyilməyək
Hər insanda, açıq deyək
Bu təbiət ola bilməz
Kal söz deyib, könül qırma
Gəl, özünü belə yorma
Hər gözəldə, gəl, axtarma
İnsaf, mürvət ola bilməz
Ürək istər bir quş ola
Gül ətrində bihuş ola
Ucuz sözə demə kəlam
Hər söz sərvət ola bilməz
Ürək istər bir quş ola
Gül ətrində bihuş ola
Ucuz sözə demə kəlam
Hər söz sərvət ola bilməz
Ürək istər bir quş ola
Gül ətrində bihuş ola
Ucuz sözə demə kəlam
Hər söz sərvət ola bilməz
Ürək istər bir quş ola
Gül ətrində bihuş ola
Ucuz sözə demə kəlam
Hər söz sərvət ola bilməz
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/4pUs

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.