Текстов песен в базе: 1 278 222
Səndən1Dənədir

Səndən1Dənədir

Röya Мири Юсиф

Текст песни

Görəsən məndən neçə dənədir?
Biri yerdə və biri göydədir
Biri xoşbəxt və biri dərddədir
Biri itkin və biri dəbdədir
De görüm məndən neçə dənədir?
Biri qəmgin, biri təntənədir
Biri ölmüş, biri ürəkdədir
Biri evdə, biri səhnədədir
Kim bilir məndən neçə dənədir?
Biri səssiz, biri nəğmədədir
Biri bəmdə, o biri zildədir
Biri geridə və biri öndədir
Biri şərqdə, biri qərbdə
Biri cənub, biri şimalda
Sanki məndən min dənədir
Yalnız səndən bir dənədir
Bil ki, səndən bir dənədir
Bir dənədir, bir dənədir
Sən mənim bir dənəmsən, bir dənəm
Bil ki, səndən bir dənədir
Bir dənədir, bir dənədir
Sən mənim bir dənəmsən, bir dənəm
(Rəqs et, amma, amma, amma utanma)
Görəsən məndən neçə dənədir?
Biri parlaq, biri kölgədədir
Biri düzgün, biri döngədədir
Biri üzgün və biri kefdədir
De görüm məndən neçə dənədir?
Biri susqun, biri deyingəndir
Biri sükut, biri müharibədir
Biri segah, biri tərəkəmədir
Kim bilir məndən neçə dənədir?
Biri sakit, biri zəlzələdir
Biri sığal və biri zərbədir
Biri təp təzə və biri köhnədir
Nədir? Nədir? Nədir? Nədir? Nədir?
Biri ölüb və biri əbədi
Sanki məndən min dənədir
Yalnız səndən bir dənədir
Bil ki, səndən bir dənədir
Bir dənədir, bir dənədir
Sən mənim bir dənəmsən, bir dənəm
Bil ki, səndən bir dənədir
Bir dənədir, bir dənədir
Sən mənim bir dənəmsən, bir dənəm
(Bil ki, səndən bir dənədir)
(Bil ki, səndən bir dənədir)
(Rəqs et, amma, amma, amma utanma)
Hamı bir yerdə «ouo-ouo»
Hamı bir yerdə «ouo-ouo»
Hamı bir yerdə «ouo-ouo»
Hamı bir yerdə «ouo-ouo»
Bil ki, səndən bir dənədir
Bir dənədir, bir dənədir
Sən mənim bir dənəmsən, bir dənəm
Bil ki, səndən bir dənədir
Bir dənədir, bir dənədir
Sən mənim bir dənəmsən, bir dənəm
Bil ki, səndən bir dənədir
Bir dənədir, bir dənədir
Sən mənim bir dənəmsən, bir dənəm
(Rəqs et, amma, amma, amma utanma)
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/4pUC

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.