Ad Günü
Мири Юсиф
Текст песни
Bu gün sənin ad günün,
Bu gün sənin şad günün.
Arzuları söndürdün üfürüb,
Söndürdüyün şam kimi.
Bu gün sənin ad günün,
Gülüm sənsiz bərbad günüm
Keçir saat on ikini
Təbrik edirəm yad kimi.
Mən sənə dəli-divanə
Sən hisslərimə biganə
İnanmaram daha mən,
Aldanmaram daha mən
Gətirsən də bəhanə.
Yaş üstünə yaş artar
Həsrətin gözlərimi yaşardar
Mən yollarında avarə
Bu ürəyi yalnız sənə etmişdim həvalə
Bir sonu var bu əhvalatın,
Sənə sərf etdiyim hər saatım,
Sənlə keçən keçmiş həyatım
Ad Gününə hədiyyəm olsun.
Al, ad gününə hədiyyəm
Sənə həsr olunur mədhiyyəm
Yoxdur məndə bəd niyyət
Qərarımda qətiyyəm
Geri dönmə qətiyyən!
Budur verdiyin dəyər
Gördüm kim nəyə dəyər
Ürək sənsiz göynəyər,
Mənsiz görsə nə deyər səni mənlə görənlər?!
Bir sonu var bu əhvalatın,
Sənə sərf etdiyim hər saatım,
Sənlə keçən keçmiş həyatım
Ad Gününə hədiyyəm olsun.
Тексты других песен исполнителя
© 2017–2025
Тексты
песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать
и тому подобное.