Текстов песен в базе: 1 278 222
Taparam Səni

Taparam Səni

Elnarə Xəlilova

Текст песни

Sən getdin ömrümdən gəldiyin kimi
Küsdü bənovşəsi uca dağların
Nədən tez itirdim tapdığım kimi?
Yaşatdı ruhumu tək xəyalların
Sən getdin ömrümdən gəldiyin kimi
Küsdü bənovşəsi uca dağların
Nədən tez itirdim tapdığım kimi?
Yaşatdı ruhumu tək xəyalların
Nədən tez itirdim tapdığım kimi?
Yaşatdı ruhumu tək xəyalların
Sənsiz mən kimsəsiz, tənhayam, inan
Həsrətin yandırır hər zaman məni
Sənsiz mən kimsəsiz, tənhayam, inan
Həsrətin yandırır hər zaman məni
Gəzirəm yollarda, gözüm gözlərdə
Bəlkə də nə vaxtsa taparam səni
Gəzirəm, tənhayam, gözüm yollarda
Bəlkə də nə vaxtsa taparam səni
Bəlkə də nə vaxtsa taparam səni
Odladı bir atəş, o baxış məni
Qəlbimdə bu odun tək közü qaldı
Nakam məhəbbətin, sönən ocağın
Ürəkdə silinməz izləri qaldı
Odladı bir atəş, o baxış məni
Qəlbimdə bu odun tək közü qaldı
Nakam məhəbbətin, sönən ocağın
Ürəkdə silinməz izləri qaldı
Nakam məhəbbətin, sönən ocağın
Ürəkdə silinməz izləri qaldı
Sənsiz mən kimsəsiz, tənhayam, inan
Həsrətin yandırır hər zaman məni
Sənsiz mən kimsəsiz, tənhayam, inan
Həsrətin yandırır hər zaman məni
Gəzirəm yollarda, gözüm gözlərdə
Bəlkə də nə vaxtsa taparam səni
Gəzirəm hər zaman gözüm yollarda
Bəlkə də nə vaxtsa taparam səni
Bəlkə də nə vaxtsa taparam səni
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/34eG

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.