Текстов песен в базе: 1 278 222
A Ceyran

A Ceyran

Günay Mütəllimova Rəvan Qarayev

Текст песни

Sevgi olub, ürəyinə yanan mən
Ürəyini yandıran mən, yaxan mən
Sevgi olub, ürəyinə yanan mən
Ürəyini yandıran mən, yaxan mən
İcazə ver gözlərinə baxım mən
İcazə ver gözlərinə baxım mən
Vurulmuşam qaş-gözə mən, ay ceyran
Naz eyləmə sən mənə gəl, ay ceyran
Vurulmuşam qaş-gözə mən, ay ceyran
Naz eyləmə sən mənə gəl, ay ceyran
Sevgi olub, ürəyinə yağmışam
Ürəyini yandırmışam, yaxmışam
Sevgi olub, ürəyinə yağmışam
Ürəyini yandırmışam, yaxmışam
Sən baxanda mən də sənə baxmışam
Sən baxanda mən də sənə baxmışam
Yaxşı düşün, nazsız olarmı, ceyran?
Nazımı çək, sənin olum, ay oğlan
Yaxşı düşün, nazsız olarmı, ceyran?
Nazımı çək, sənin olum, ay oğlan
Bu sevgidə sən məni gəl sınama
Sınasan da, heç özünü qınama
Bu sevgidə sən məni gəl sınama
Sınasan da, heç özünü qınama
Qismət olsun, gəlin olasan anama
O gün olsun, gəlin olasan anama
Toy eyləyək, sən bizə gəl, ay ceyran
Vurulmuşam qaş-gözə mən, ay ceyran
Cığal telə kəlağayı, şal gətir
Şirinlikdir, bircə şana bal gətir
Cığal telə kəlağayı, şal gətir
Şirinlikdir, bircə şana bal gətir
Barmağıma altın üzük al gətir
Barmağıma altın üzük al gətir
Elçi göndər, anan olsun qaynanam
Nazımı çək, sənin olum, ay oğlan
Elçi göndər, anan olsun qaynanam
Nazımı çək, sənin olum, ay oğlan
Toy eyləyək, sən bizə gəl, ay ceyran
Naz eyləmə, sən mənə gəl, ay ceyran
Vurulmuşam qaş-gözə mən, ay ceyran
Vurulmuşam qaş-gözə mən, ay ceyran
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/5xQ

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.