Текстов песен в базе: 1 278 222
Hesret Neğmesi

Hesret Neğmesi

Günel Zeynalova Orhan Ölmez

Текст песни

Sevgilim sevirəm gizlətmirəm ki,
Gedirəm həmişəlik etmirəm ki
Gəl desən, tez gələrəm
Gözümdə canlanır xəyalın yenə də
Ayrılıq dərd olub sənə də, mənə də
Öl de, sözsüz ölərəm
Ağlama, ağlama, yadlar sevinər
Anam eşidər, qəlbim üzülər
Ağlama bu həsrətin xatirinə
Buludlar dolarsa, yağışlar yağacaq
Gözümün yaşında torpaqda doyacaq
Qovuşmasaq səninlə bir-birinə
Mən səni istəyirəm
Hər zaman gözləyirəm
Həsrətə dözməyirəm, sevgilim
Mən səni istəyirəm
Hər zaman gözləyirəm
Həsrətə dözməyirəm, sevgilim
Bir kimsə yerini əyləmir əvəz
Yoxdur bir həmdəmin olada bilməz
Sənsən tək mənim üçün
Belə bir qanun var əzəldən, ey yar
Aşıq öz yarının eşqi ilə yaşar
Mən də tək sənin üçün
Hönkürüb ağlamaq istəyir qəlbim
Ən uca dağları aşardı dərdim
Qayıtsan tezliklə mənim yanıma
Həsrətin acısın məndə bilirəm
Ağlama, ağlama, mən tez gəlirəm
Dönük çıxmaram mən öz peymanıma
Gəl yenə əvvəl ki, tək
Ömrümüz açsın çiçək
Bir-birin xoşbəxt edək, sevgilim
Eşq bizim, sevda bizim
Dağ bizim, dərya bizim
Büs-bütün dünya bizim, sevgilim
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/7ZKY
© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.