Bitməsin Sevgimiz
Shamil Mammadov
Tofig Hajiyev
Текст песни
Külək, gətir onun ətrini
Tutmadığım zaman əlini
Yağsın gecə yağışı
Eşidim səsini
Saçların gecə kimi
Sehrinə salır məni
Gözlərin mavi dəniz
Sərinlədir qəlbimi
Get, get sən, ey səhər
Sən gəlsən, röya bitər
Yalnız yuxuda qalaq
Bitməsin sevgimiz
Get, get sən, ey səhər
Sən gəlsən, röya bitər
Yalnız yuxuda qalaq
Bitməsin sevgimiz
Həyat qısa, sevək, sevilək
Sevgi yaşamaq gərək
Sənsiz gülüş qaçır məndən
Gəl, birlikdə gülək
Saçların gecə kimi
Sehrinə salır məni
Gözlərin mavi dəniz
Sərinlədir qəlbimi
Get, get sən, ey səhər
Sən gəlsən, röya bitər
Yalnız yuxuda qalaq
Bitməsin sevgimiz
Get, get sən, ey səhər
Sən gəlsən, röya bitər
Yalnız yuxuda qalaq
Bitməsin sevgimiz
Bitməsin sevgimiz
Bitməsin xəyallarımız
Bitməsin sevgimiz
Bitməsin, bitməsin
Bitməsin sevgimiz
Bitməsin xəyallarımız
Bitməsin sevgimiz
Bitməsin, bitməsin
Тексты других песен исполнителя
© 2017–2025
Тексты
песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать
и тому подобное.