Tut Ağacım
Aygün Bəylər
Aygün Səmədzadə
Текст песни
Tut ağacım, tut ağacım,
Aman yerim, güman yerim.
Xatirələr qanadında
Yaşatdığım pənah yerim.
Tut ağacım, tut ağacım,
Sirrli sözüm, anan yerim.
Tut ağacım, ucalığım,
De, arzuma necə çatım?
De, köksünə neçə çarpaz dağ çəkmişəm?
Neçə körpə budağını mən əzmişəm?
Bir gün, şirin xatirələr sorağıyla,
Səni gözləyəcəyimi bilməmişəm.
İndi sənin budağında
İz qoymaq müşkül olub.
Əl çatmayan arzulartək
Xatirələr dönməz olub.
İndi yoxsan yuxularda
Mən gördüyüm röyam kimi.
İndi yoxsan o göylərdə
Əl çatmayan ulduz kimi.
Тексты других песен исполнителя
© 2017–2025
Тексты
песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать
и тому подобное.