Текстов песен в базе: 1 278 222
Nəğməkar Qız

Nəğməkar Qız

Gülyanaq Məmmədova Nanəli

Текст песни

Şənliklərin gözü mənəm, gözü mən
Elin ürək sözü mənəm, sözü mən
Şənliklərin gözü mənəm, gözü mən
Elin ürək sözü mənəm, sözü mən
Harada xoş bir nəğmə ötsə, xoş nəğmə
O nəğmənin özü mənəm, özü mən
Harada xoş bir nəğmə ötsə, xoş nəğmə
O nəğmənin özü mənəm, özü mən
Nəğmələrim quş
Yuvası könlüm olmuş
Həyat kainat
Nəğməylə doğulmuş
Şənliklərin gözü mənəm, gözü mən
Elin ürək sözü mənəm, sözü mən
Şənliklərin gözü mənəm, gözü mən
Elin ürək sözü mənəm, sözü mən
Harada xoş bir nəğmə ötsə, xoş nəğmə
O nəğmənin özü mənəm, özü mən
Harada xoş bir nəğmə ötsə, xoş nəğmə
O nəğmənin özü mənəm, özü mən
Hər pərdə də nalə çəkər, tül mənsiz
Gül boynunu bükər mənsiz, gül mənsiz
Hər pərdə də nalə çəkər, tül mənsiz
Gül boynunu bükər mənsiz, gül mənsiz
Həsrət qalar da nəğmənin dadına
Ağız mənsiz, dodaq mənsiz, dil mənsiz
Həsrət qalar da nəğmənin dadına
Ağız mənsiz, dodaq mənsiz, dil mənsiz
Nəğmələrim quş
Yuvası könlüm olmuş
Həyat kainat
Nəğməylə doğulmuş
Şənliklərin gözü mənəm, gözü mən
Elin ürək sözü mənəm, sözü mən
Şənliklərin gözü mənəm, gözü mən
Elin ürək sözü mənəm, sözü mən
Harada xoş bir nəğmə ötsə, xoş nəğmə
Xoş nəğmənin özü mənəm, özü mən
Harada xoş bir nəğmə ötsə, xoş nəğmə
O nəğmənin özü sənsən, özü sən
Asta çal, ey tarzən, qoy dinləsin ellər məni
Asta çal, ey tarzən, qoy dinləsin ellər məni
Ləhzə-ləhzə mizraba boğ, qoy oxşasın tellər məni
Səbir edib dözdüm vüsalın eşqinə hicrana mən
Səbir edib dözdüm vüsalın eşqinə hicrana mən
Saldı, saldı gənclik tacı taxtından
Ötən aylar, illər məni
Yoxdur qorxum köç edib getsəm həyatdan, ey təbib
Yoxdur qorxum köç edib getsəm həyatdan, ey təbib
Çırpa bilməz dağ-daşa bir Xəzərtək
Çırpa bilməz dağ-daşa sellər məni
Bülbüləm, bağlanmışam öz xalqıma, öz yurduma
Bülbüləm, bağlanmışam öz xalqıma, öz yurduma
Harada olsam axtarıb tapar, yad edər ellər məni
Harada xoş bir nəğmə ötsə, xoş nəğmə
O nəğmənin özü mənəm, özü mən
Harada xoş bir nəğmə ötsə, xoş nəğmə
O nəğmənin özü mənəm, özü mən
Harada xoş bir nəğmə ötsə, xoş nəğmə
O nəğmənin özü mənəm, özü mən
Harada xoş bir nəğmə ötsə, xoş nəğmə
Xoş nəğmənin özü mənəm, özü mən
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/6A9m

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.