Söz Bitdi
Atabek
MadTeen
Rəssam
Текст песни
Sildim könlümdən səni,
Keçdin bəxtimdən.
Ayıldım ki, söz bitdi.
Bitdi sevgi də..
Soldu getdi gül kimi
İşıq gözlərdən.
Ruhum bezdi, qaçdı, çıxdı getdi cismimdən.
Qismət yarışır bizimlə xəbəri olmadan.
Gəldik hansı quyuya düşdük səbəbi olmadan?!
Biz sevərdik, biz uçardıq qanad çalmadan.
Səbr edərdik, bağışlardıq heç nə qırmadan.
Çox sevmək də bəzən çox tükədir.
Çox gəlmək, çox getmək ruhu çox tükədir.
Can vermək, can almaq kimi pis vərdişlər
Bizim ruhumuzu ikiyə təslim edir.
Mən çox düşünərdim
Sonumuzu səninlə.
Mən çox öyünərdim
Sənə olan sevgimlə.
Bir sevinərdik, biz üzülərdik
Bil, sən yoxsan artıq
Biz sona çatdıq
Bizə olan sevgidə..
Sildim könlümdən səni,
Keçdin bəxtimdən.
Ayıldım ki, söz bitdi.
Bitdi sevgi də..
Soldu getdi gül kimi
İşıq gözlərdən.
Ruhum bezdi, qaçdı, çıxdı getdi cismimdən.
Hiss edirdik özümüzü sanki nağılda,
Sən çox gözəl, bəli, mənsə bədheybət.
Lakin hər nağıl kimi bitdi bu çox
Həmişə olduğu kimi yenə də zülmət
Aparır bizi uçuruma
Biz nə oldu ki gəldik bu duruma?!
Sönüb mənim ayım, günəşim
Bu nağılımız bizim çatıb sona.
Mən çox düşünərdim
Sonumuzu səninlə.
Mən çox öyünərdim
Sənə olan sevgimlə.
Bir sevinərdik, biz üzülərdik
Bil sən yoxsan artıq
Biz sona çatdıq
Bizə olan sevgidə..
Sildim könlümdən səni,
Keçdin bəxtimdən.
Ayıldım ki, söz bitdi.
Bitdi sevgi də..
Soldu getdi gül kimi
İşıq gözlərdən.
Ruhum bezdi, qaçdı, çıxdı getdi cismimdən.
© 2017–2025
Тексты
песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать
и тому подобное.