Mənə Dəniz Verin
Eyyub Yaqubov
Текст песни
Mənə dəniz verin, tənha qalmışam
O, mənə ən şirin sözlər deyəcək
Mənə dəniz verin, bəlkə bu axşam
Gur sular qapımı gəlib döyəcək
Səhər açılanda, gecə düşəndə
Mənə dəniz verin, qoy darıxmayım
Gözümün yaşında islanım bir az
Kədərli baxışla ona baxmayım
Mənə dəniz verin, o, tənha qalıb
O, məni axtarır, məni gözləyir
Gedirəm dənizə, dəniz mənimdir
O dəniz gözlərim səni gözləyir
Mənə dəniz verin, o, tənha qalıb
O, məni axtarır, məni gözləyir
Gedirəm dənizə, dəniz mənimdir
O dəniz gözlərim səni gözləyir
Mənə dəniz verin, isinim bir az
Onun gözlərinə qarışam bəlkə
Tapım sularında göz yaşlarımı
Orda taleyimlə barışam bəlkə
Səhər açılanda, gecə düşəndə
Mənə dəniz verin, qoy darıxmayım
Gözümün yaşında islanım bir az
Kədərli baxışla ona baxmayım
Mənə dəniz verin, o, tənha qalıb
O, məni axtarır, məni gözləyir
Gedirəm dənizə, dəniz mənimdir
O dəniz gözlərim səni gözləyir
Mənə dəniz verin, o, tənha qalıb
O, məni axtarır, məni gözləyir
Gedirəm dənizə, dəniz mənimdir
O dəniz gözlərim səni gözləyir
Тексты других песен исполнителя
© 2017–2025
Тексты
песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать
и тому подобное.