Текстов песен в базе: 1 278 222
Olma Dedi

Olma Dedi

Ahmed Mustafayev

Текст песни

O vəfasız mənə «bundan sonra yar olma» — dedi!
«Sevmə hər bir gözəli, aşiqi zar olma» dedi!

«Səni mən sevmirəm, ardımca düşüb yalvarma
El içində düşün öz qədrini, xar olma» — dedi!
«Bir gözəl eşqinə ver könlünü sabitqədəm ol!»
«Çoşma dərya kimi, xəzri, gilavar olma» — dedi!
«Bir gözəl eşqinə ver könlünü sabitqədəm ol!»
«Çoşma dərya kimi, xəzri, gilavar olma» — dedi!
O vəfasız mənə «bundan sonra yar olma» — dedi!
«Sevmə hər bir gözəli, aşiqi zar olma» dedi!
O vəfasız mənə «bundan sonra yar olma» — dedi!
«Sevmə hər bir gözəli, aşiqi zar olma» dedi!
Vahidəm mən, dedim — «Ey gül, qocalıq dövrü gəlir»
«Eşq zövqündən uzaqlaşma, kənar olma» — dedi!
«Bir gözəl eşqinə ver könlünü, sabitqədəm ol!»
«Çoşma dərya kimi, xəzri, gilavar olma» — dedi!
«Bir gözəl eşqinə ver könlünü, sabitqədəm ol!»
«Çoşma dərya kimi, xəzri, gilavar olma» — dedi!
O vəfasız mənə «bundan sonra yar olma» — dedi!
«Sevmə hər bir gözəli, aşiqi zar olma» dedi!
O vəfasız mənə «bundan sonra yar olma» — dedi!
«Sevmə hər bir gözəli, aşiqi zar olma» dedi!
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/6YAG

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.