Текстов песен в базе: 1 278 222
Alınmaz

Alınmaz

Ahmed Mustafayev Namiq Qaraçuxurlu

Текст песни

Ayrılırıq deyə deyə dad eylədi
Doğma ikən o məni yad eylədi
Dedim gəl görüşək inad eylədi
Neçə dəfə yazdımki yazışmaqla alınmaz
Qəlbim elə küsdü barışmaqla alınmaz
Gecdi daha bitdi danışmaqla alınmaz
Saçlarının ətri küləkdən gəlir
Bəlkədə mövsümdü çiçəkdən gəlir
Eşq elə bir şeydi ürəkdən gəlir
Onu soraqlamaqla soruşmaqla alınmaz
Yar yarı hər davranışından sevər
Hətta ağlı çıxar başından sevər
Ruh sevərsə ilk baxışından sevər
Sevməsə illərlə baxışmaqla alınmaz
Məni elə məyus etdi nazlı dilbər
Könlümü verdim oda vurdu xəncər
Qəlb elə incədir billura bənzər
Sındısa məhv oldu çalışmaqla alınmaz
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/6VjC

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.