Текстов песен в базе: 1 278 222
Sarı Güllər

Sarı Güllər

Muxtar Abseynov

Текст песни

Dünyada əlvan rənglər, güllər ağlayar, sevinər
Hər gülü öz rəngində yada salar sevənlər
Rənglər dönər güllərə, güllər yağar əllərə
Əllər qonar tellərə o günlərdə…
Yadıma gəlir o gün
Mən həsrətdən donanda
Görüşə gəldin niyə, günəş rəngli donunda?
Günəş rəngli gülləri, aldın mənnən əlləri
Niyə kədər göründü gözlərində?
Sarı güllər ömrümə düşən kədər
Sarı güllər qəmlə gülümsər
Sarı güllər yoluma hicran səpər
Sarı güllər ayrılıq gətirər
Yaraşdı sarı donun günəş rəngli güllərə
O rənglər düşdü niyə sənsiz ötən illərə
İllər keçdi o gündən, görüb indi bilirəm
Niyə kədər göründü gözlərində
Sarı güllər ömrümə düşən kədər
Sarı güllər qəmlə gülümsər
Sarı güllər yoluma hicran səpər
Sarı güllər ayrılıq gətirər
İllər keçdi o gündən, görüb indi bilirəm
Niyə kədər göründü gözlərində
Sarı güllər ömrümə düşən kədər
Sarı güllər qəmlə gülümsər
Sarı güllər yoluma hicran səpər
Sarı güllər ayrılıq gətirər (x2)
Sarı güllər ayrılıq gətirər
Sarı güllər ayrılıq gətirər
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/6Hx2

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.