Текстов песен в базе: 1 278 222
Sevərsənmi

Sevərsənmi

Faiq Ağayev

Текст песни

Qürurumun şah taxtından enib, gəlsəm
Talehimin sərt yolundan dönüb, gəlsəm
Duman kimi dağa-daşa sinib, gəlsəm
Məni sevərsənmi, söylə, yenidən?
Qürurumun şah taxtından enib, gəlsəm
Talehimin sərt yolundan dönüb, gəlsəm
Duman kimi dağa-daşa sinib, gəlsəm
Məni sevərsənmi, söylə, yenidən?
Məni sevərsənmi, söylə, yenidən?
Ötən günlərimi anıb, qayıtsam
Şamtək öz oduma yanıb, qayıtsam
Təzə sevdaları danıb, qayıtsam
Məni sevərsənmi, söylə, yenidən?
Ötən günlərimi anıb, qayıtsam
Şamtək öz oduma yanıb, qayıtsam
Təzə sevdaları danıb, qayıtsam
Məni sevərsənmi, söylə, yenidən?
Təzədən güzarım bu yerdən düşsə
İntizar baxışlar qəfil görüşsə
Gözlərimiz bizdən xəlvət öpüşsə
Məni sevərsənmi, söylə, yenidən?
Təzədən güzarım bu yerdən düşsə
İntizar baxışlar qəfil görüşsə
Gözlərimiz bizdən xəlvət öpüşsə
Məni sevərsənmi, söylə, yenidən?
İnadımın buz aynası qəfil sınsa
Sənsiz bumbuz xatirələr oda yansa
Bu son görüş, talehimdə son gümansa
Məni sevərsənmi, söylə, yenidən?
İnadımın buz aynası qəfil sınsa
Sənsiz bumbuz xatirələr oda yansa
Bu son görüş, talehimdə son gümansa
Məni sevərsənmi, söylə yenidən?
Məni sevərsənmi, söylə, yenidən?
Ötən günlərimi anıb, qayıtsam
Şamtək öz oduma yanıb, qayıtsam
Təzə sevdaları danıb, qayıtsam
Məni sevərsənmi, söylə, yenidən?
Ötən günlərimi anıb, qayıtsam
Şamtək öz oduma yanıb, qayıtsam
Təzə sevdaları danıb, qayıtsam
Məni sevərsənmi, söylə yenidən?
Təzədən güzarım bu yerdən düşsə
İntizar baxışlar qəfil görüşsə
Gözlərimiz bizdən xəlvət öpüşsə
Məni sevərsənmi, söylə, yenidən?
Təzədən güzarım bu yerdən düşsə
İntizar baxışlar qəfil görüşsə
Gözlərimiz bizdən xəlvət öpüşsə
Məni sevərsənmi, söylə, yenidən?
Məni sevərsənmi, söylə, yenidən?
Məni sevərsənmi, söylə, yenidən?
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/5a3L

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.