Текстов песен в базе: 1 278 222
Məktub

Məktub

Мири Юсиф

Текст песни

Yoxdur ömürdə böhtan, elə böhrandır
Yoxdur ömürdə son, hər şey doğulandır
Sənsizlə boş qalmışam
Səninlə yorulmuşam
Heç vaxt oyanmayan hal, o da oyandı
Məndən sonra sən qalsan, davam gözəldir
Gözlər yağışla dolsa, demək, özəldir
İllərin yorğunuyam
Sirlərin yorğanıyam
Bizim bu saf eşqimiz ölümdən əzəldir
Sözümə inan, balam, sözümə inan
Sözümdə nə quş var, nə də ki, ilan
Sözümə inan, balam
Sözümə inan
Sözümə inan, balam, sözümə inan
Qanadları yalvaran, dövranı viran
Sözümə inan, balam
Sözümə inan
İmanla sirdaşıyam, ömrüm tufandır
Gümanla həmyaşlıyam, gözüm dumandır
Kölgə ilə dostlaşmışam
Döngəyə qoşulmuşam
Tənhalıq sərhədində quyum zəhərdir
Hardasan, ay vərdişim, həyatım, hardasan?
Bu məktubu yolladım, küləklə duyasan
Yarpaqla bir solmuşam
Torpaqla bir olmuşam
Bizim bu son zəngimiz ölümdən əzəldir
Sözümə inan, balam, sözümə inan
Sözümdə nə quş var, nə də ki, ilan
Sözümə inan, balam
Sözümə inan
Sözümə inan, balam, sözümə inan
Qanadları yalvaran, dövranı viran
Sözümə inan, balam
Sözümə inan
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/4pUG

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.